Özü ölsə də, adı yaşayacaq

Özü ölsə də, adı yaşayacaq
00:11 6 Oktyabr 2016
94 Şou
Ölkə mətbuatı
A- A+

Sentyabrda vəfat edən türk aktyor Tarık Akanın xatirəsini əbədiləşdirmək üçün ömrünü keçirdiyi küçəyə onun adı verilib.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, T.Akanın qonşuları aktyorun adının küçəyə verilməsi üçün imza toplama kampaniyası keçiriblər.

Toplanan imzalar Bodrum Bələdiyyə Məclisinə təqdim edilib. Məclisdə keçirilən iclasda Bodrumun Akyarlar məhəlləsindəki Yalı küçəsinin bundan sonra Tarık Akan küçəsi adlanması barədə qərar verilib.

Qeyd edək ki, aktyorun adına hər il film mükafatları verilməsi, həmçnin heykəlinin qoyulması da nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR