BMT-nin yeni rəhbərinin adı məlum oldu

01:59 6 Oktyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin yeni baş katibi Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreş olacaq. APA TV xəbər verir ki, məlumatı Reuters agentliyi diplomatik mənbələrə istinadən yayıb.

 

Məlumatda deyilir ki, BMT Təhlükəsizlik Şurasında veto hüququ olan beş ölkədən heç biri sayca altıncı gizli səsvermədə Antoniu Quterreşin namizədliyinə qarşı çıxmayıb.

 

BMT-nin baş katibi Təhlükəsizlik Şurasının tövsiyyəsi ilə Baş Assambleya tərəfindən seçilir. Bu zaman yalnız qeyri-formal müzakirələr və reytinq səsverməsi keçirilir. Qəbul olunmuş təcrübəyə görə, BMT-nin baş katibi Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrdən seçilmir.

 

Baş katib beş il müddətinə seçilir və yenidən seçilmək hüququ var. Baş katiblərə təkrar seçilmək üçün heç bir formal məhdudiyyət yoxdur. Lakin indiyədək iki müddətdən artıq seçilən baş katib olmayıb.

 

BMT-nin baş katibi vəzifəsinə Sloveniyanın keçmiş prezidenti Danilo Türk də iddia edir. Lakin keçirilən səsvermələrdə Antoniu Quterreş rəqibini kəskin qabaqlayıb.

 

Hazırkı baş katib Pan Gi Munun ikinci səlahiyyət müddəti gələn il yanvarın 1-də başa çatır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR