Malidə hərbçilərin maşını minaya düşüb: 2 ölü, 2 yaralı

Malidə hərbçilərin maşını minaya düşüb: 2 ölü, 2 yaralı
02:57 6 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Çərşənbə günü Malinin şimal-qərbində yerləşən Timbuktu şəhərində ölkə silahlı qüvvələri avtomobilinin minaya düşməsi nəticəsində iki hərbçi ölüb, daha ikisi yaralanıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin güc strukturlarına istinadən "Franc-Press" məlumat yayıb.
İnsident Duentsa və Bambara-Maude yaşayış məntəqələri arasında, Timbuktunu cənub bölgələri ilə birləşdirən magistral yolda baş verib.
Güc strukturu nümayəndələrinin sözlərinə görə, partlayıcı qurğu məsafədən idarə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR