Prezidentin sualı müəllimi çaşdırdı (VİDEO)

Prezidentin sualı müəllimi çaşdırdı (VİDEO)
06:08 6 Oktyabr 2016
247 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putinin ölkənin ən yaxşı müəllimləri ilə görüşü zamanı əmək haqqı barədə sualı çaşqınlıq yaradıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə RT nəşri məlumat verir.

İlin müəllimi adına layiq görülən Aleksandr Şaqalov dövlət başçısının sualını cavablandırmaqda çətinlik çəkib. O, Putinin sualına birbaşa cavab verməkdən yayınıb: “Maaşlar müxtəlif olur, bu mənim və şagirdlərimin nailiyyətlərindən asılıdır. Orta aylıq əmək haqqı 25-30 min rubl arasında olur”.

Vladimir Putin isə onun cavabını belə şərh edib: “Aleksandr Mixayloviç, mən axı sizdən əl çəkməyəcəyəm. Ən yaxşısı odur ki, mənə nə qədər maaş aldığınızı deyin”.

Nəticədə rus dili və ədəbiyyat müəllimi olan Şaqalov ötən il 27 min rubl maaş aldığını söyləyib.

Rusiya prezidenti isə qeyd edib ki, bu məbləğ müəllimlərin orta əmək haqqından (Rusiyada 2015-ci ildə 32,5 min rubl) aşağıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR