Bakıda avtomobil 76 yaşlı kişini vurdu

Bakıda avtomobil 76 yaşlı kişini vurdu
07:47 6 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsi ərazisində yolu keçmək istəyən 76 yaşlı Zaman Mədət oğlu Quliyevi maşın vurub. Piyada ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq Zaman Quliyevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
 
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 76 yaşlı Zaman Quliyev "Mercedes" markalı avtomobillə vurulub. Avtomobili Bakı şəhər sakini Qadir Hacıyev idarə edib. Sürücü saxlanılıb.
 
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR