Azərbaycan Yeni il bayramı ərəfəsində Moskvaya naringi ixrac edəcək

Azərbaycan Yeni il bayramı ərəfəsində Moskvaya naringi ixrac edəcək
07:52 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyada ilin əsas bayramı olan Yeni il ərəfəsində moskvalıların ən sevimli qış meyvəsi naringinin idxal olunacağı ölkələrin adlarına aydınlıq gəlib. Siyahıda Azərbaycan da var.
"Report" xəbər verir ki, bu barədə Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuka istinadən "Moskva" agentliyi məlumat yayıb.
O qeyd edib ki, Mərakeş Rusiyaya məşhur naringi ixracatçısıdır. Onun sözlərinə görə, bu siyahıya, həmçinin Cənubi Amerika ölkələri – Argentina və Uruqvay, o cümlədən İsrail, Pakistan və CAR da daxildir.
Aleksey Nemeryuk Yeni il ərəfəsində Moskvaya Azərbaycandan da naringi idxalının gözlənildiyini diqqətə çatdırıb. Departament rəhbəri idxal olunacaq naringilərin arasında keyfiyyət və qiymət fərqinin olduğunu bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR