“Oppo” bu il 100 milyon smartfon satacaq

“Oppo” bu il 100 milyon smartfon satacaq
08:17 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çinin "Oppo" şirkəti öz vətənində smartfon tədarükünə görə ikinci yeri tutur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət ancaq "Huawei"dən geri qalır. Bu il isə "Oppo" 100 milyon ədəd snmartfon satmağı planlaşdırır.
 
Gələcəkdə bu rəqəm 130-140 milyon ədəd olacaq. Belə bir məlumatı mənbə sənayedəki rəsmilərə istinadən bildirir.

"Oppo"nun ardınca isə smartfon istehsalçılarının Çin reytinqində "Xiaomi Technology", "Coolpad", "Lenovo" və ZTE qərarlaşıb.

Külli miqdarda smartfon istehsal edən "Oppo" şirkəti iri komplekt məhsulların alıcılarından biri olaraq qalır. Onun tədarükçüləri arasında "MediaTek", "Qualcomm", "Truly Opto-Electronics" və "Japan Display" kimi şirkətlər mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/476337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR