İcbari tibbi sığorta haqqı açıqlandı VİDEO

İcbari tibbi sığorta haqqı açıqlandı VİDEO
08:23 6 Oktyabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda icbari tibbi sığorta haqqı açıqlandı .Yaxın vaxtlarda tətbiq olunması gözlənilən icbari tibbi sığortada adambaşına düşən aylıq sığorta haqqı 8-9 manat ətrafında olacaq.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şöbə müdiri Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, hazırki təkliflərdə illik sığorta haqqı 100 manatdan artıq olmayacaq.

Sığortanın ödənişləri isə banklar və ödəniş terminalları vasitəsilə həyata keçiriləcək.

Şöbə müdiri bildirib ki, əhalinin əmək qabiliyyətli hissəsi, yəni işləyənlər və iş qabiliyyəti olanlar sığorta haqlarını özləri ödəyəcəklər. Amma burda da bəzi istisnalar olacaq.

Vüqar Qurbanov, həmçinin bildirib ki, artıq gələn ilin əvvəlindən etibarən icbari tibbi siğorta üzrə tibbi xidmətlərin göstərilməsinə başlanılacaq.

İlkin təkliflərə görə, icbari sığortanın əhatə edəcəyi xidmətlərə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Zərfə çox bahalı əməliyyatlar, o cümlədən ölkədə ən çox rast gəlinən ürək əməliyyatları da daxil edilib. Ancaq B və C hepatitləri, onkoloji xəstəliklər, orqan transplantasiyası əməliyyatları ilkin mərhələdə icbari tibbi sığorta paketinə daxil olmayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR