“MasterCard”dan mühüm yenilik

“MasterCard”dan mühüm yenilik
08:27 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"MasterCard" ödəniş sistemi yeni proqram əlavəsi tətbiq edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni proqram online alış-verişi selfi və ya barmaq izi ilə təsdiqləməyə imkan verəcək.
 
"Identity Check Mobile" internet vasitəsilə ödənişləri parol, PİN-kod və ya başqa kod daxil etmədən təsdiq etməyə şərait yaradacaq. Artıq proqramın test versiyası 12 Avropa ölkəsində tətbiq edilir, 2017-ci ildə isə bütün dünyada keçərli olacaq.
 
"MasterCard"ın bu addımı dünyada mobil ödənişlərin miqyasının genişlənməsi ilə əlaqədardır. Proqnozlara görə, 2018-ci ildə mobil cihazlar vasitəsilə ödənişlərin miqdarı 95 milyard dollara çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/476338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR