UNO-ların sirri açıldı FOTO VİDEO

UNO-ların sirri açıldı FOTO VİDEO
13:36 5 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) UNO-larla bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, CİA 1950 və 60-ci illərdə ABŞ-da böyük marağa səbəb olan UNO obyektlərinin arxasında özlərinin olduğunu açıqlayıb. 50 il sonra gələn o etirafa görə, insanlara UNO olduğu deyilən obyektlər əslində CIA aid casus təyyarələr imiş.

Mərkəzi Kəşfiyyat İdarəsi bu sirri yarım əsr sonra açıqlayıb. Rəsmi Twitter hesabından açıqlama verən CIA UNO olduğu güman edilən naməlum obyektlərin gizli təyyarə layihələrinə aid olduğunu ifadə edib.

CİA-nın hesabatında yer alan məlumata görə, 1954-1974 illəri arasında yerdən təxminən 19 min metr yüksəklikdə müşahidə və sınaq uçuşları həyata keçirilib. Hesabatda "U-2" təyyarəsinin yüksək hündürlükdə uçuşlar həyata keçirməsinin insanlar arasında çaşqınlığa səbəb olduğu və bu obyektlərin UNO olduğu zənn edilib.

Yüksəklikdə uçan təyyarələrin Günəşin şüasının düşməsi ilə görüntüsünün dəyişdiyini iddia edən CİA bu görüntülərin UNO-lara aid olmadığını qeyd edib.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR