"Terimə böyük hörmətlə yanaşıram"

"Terimə böyük hörmətlə yanaşıram"
09:27 6 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyəyə qarşı keçiriləcək görüşdən danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, gənc məşqçi "ay-ulduzlular"la oyunda heç-heçədən razı qalacağını qeyd edib:

"Fatih Terimə böyük hörmətlə yanaşıram. O, "Milan"da mənim baş məşqçim olub. Türkiyə futbolunun son 20 ildə qazandığı uğurlar onun adı ilə bağlıdır. Mən Terimin iş prinsipinə bələdəm. O heç vaxt dəyişmir. Fatih Terim daim futbolçularından aqressiv və hücum futbolu tələb edir. 

Yaxşı məşqçi olacağımla bağlı dediyi sözlər mənim üçün avansdır. Bu yolu seçmişəm və ümid edirəm ki, uğur qazanacağam. Türkiyə ilə matçda yaxşı oynayıb, qələbə qazansaq, buna çox sevinəcəyəm. Yaxşı oyunla 1 xal qazansaq, narazılıq etməyəcəm. Oyunçularım psixoloji cəhətdən görüşə hazırdırlar. Bu, məni sevindirir". 

Xatırladaq ki, sabah keçiriləcək Türkiyə - Ukrayna görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR