Aleksandr Əliyev klubsuz qaldı

Aleksandr Əliyev klubsuz qaldı
09:47 6 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev klubsuz qalıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əslən azərbaycanlı yarımmüdafiəçi "Taraz"dan ayrılıb. 

Bu haqda Qazaxıstan təmsilçisinin idman direktoru Kanat Şertayev açıqlama verib: "Biz qarşılıqlı razılıq əsasında müqaviləni pozduq. Futbolçunun ailəsində problem var. Buna görə də o, Qazaxıstanı tərk etməli oldu". 

Xatırladaq ki, Aleksandr Əliyev "Taraz"la bu ilin iyulunda müqavilə imzalamışdı. Bu klubda Əliyev meydana çıxdığı 13 görüşdə 1 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR