Cinsi orqanını it dişləyən uşaq 3-cü dəfə əməliyyat olundu

Cinsi orqanını it dişləyən uşaq 3-cü dəfə əməliyyat olundu
13:37 5 Yanvar 2015
268 Sosial
Ölkə mətbuatı
A- A+

Bir neçə ay öncə Biləsuvarda itin hücumuna məruz qalaraq ağır xəsarət almış cəbrayıllı köçkün uşaq, 2005-ci il təvəllüdlü Fərid Ağakişiyev 3-cü dəfə əməliyyat olunub.

Bu barədə modern.az-a Fəridin babası Allahyar Ağakişiyev məlumat verib.

O qeyd edib ki, 1645 manata başa gələn budəfəki əməliyyatı Mərkəzi Klinik Xəstəxananın həkimi Ramin Məlikov həyata keçirib. A.Ağakişiyev eyni zamanda bildirib ki, həkim bir il sonra daha bir əməliyyata ehtiyac ola biləcəyini istisna etməyib.

“Uşaq hazırda evdədir, məktəbə gedə bilmədiyinə görə müəllim evə gələrək dərs keçir. Katetr qoşulduğundan normal şəkildə məktəbə getməsi mümkün deyil”.

A.Ağakişiyev yanvar ayının 15-də yenidən Bakıya gələcəklərini və həkimin qəbulunda olacaqlarını deyib: “Həkim həm müayinə edəcək, həm də katetri çıxaracaq. Ondan sonra dəqiq nəticəni biləcəyik. Cinsiyyət orqanı normal ölçüyə gəlməyəcəyi təqdirdə ola bilər ki, bir il sonra Fərid daha bir əməliyyat keçirsin”.

Ötən il sentyabrın 19-da Biləsuvardakı köçkün qəsəbəsində qonşunun nəzarətsiz iti 9 yaşlı Fərid Ağakişiyevə hücum edərək, onun cinsi orqanını tamamilə qoparmışdı. Bundan sonra uşaq Bakıya gətirilərək bir neçə dəfə əməliyyat olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/317306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR