Rüşvət alan direktora görə hakimlər Bakıya gəldilər

Rüşvət alan direktora görə hakimlər Bakıya gəldilər
10:47 6 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək. 

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, prosesə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Amil Dosiyev rəhbərlik edəcək. Lakin məhkəmə prosesi Şirvanda yox, Bakıda, Nizami Rayon Məhkəməsində baş tutacaq.

Belə ki, 3 hakim Əlihəsən Həmzəyevlə bağlı qərar vermək üçün Bakıya ezam olunub. Proses oktyabrın 7-də olacaq. Qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR