Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edildi

Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edildi
10:57 6 Oktyabr 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü və davamlı səyləri nəticəsində oktyabrın 6-da ilk dəfə olaraq Yeni Zelandiyanın qanunverici orqanı olan Nümayəndələr Palatasında səkkiz nəfər millət vəkilindən ibarət Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib.

Milli.Az-a verilən məlumata görə, bu barədə səfirliyə qrupa rəhbər seçilmiş Tod Müller məlumat verib və qrupun parlamentin spikeri Deyvid Karter tərəfindən təsdiq edildiyini bildirib. T.Müller, eyni zamanda parlamentin Xarici əlaqələr üzrə xüsusi komitəsinin üzvüdür.

Qrupun üzvləri aşağıdakılardır:

Tod Müller - sədr;
Maheş Bindra;
Ceymi-Li Ros;
Deyvid Bennet;
Stuart Smit;
Sara Dovi;
Mark Mitçel;
Endryu Beyli.

Qeyd edək ki, Yeni Zelandiya parlamentində dostluq qruplarının yaradılması praktikasında bir qayda olaraq regional bölgüyə üstünlük verilir. Bü xüsusda Azərbaycan üzrə ayrıca qrupun yaradılmasını müstəsna hal kimi qiymətləndirmək olar.

Xatırladaq ki, Azərbaycan Milli Məclisində də on yeddi millət vəkilindən ibarət Azərbaycan-Yeni Zelandiya Parlamanetlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Xanlar Fətiyevdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR