2011-ci ildə Parisdə evlənən Tuba Büyüküstün və Onur Saylakın boşanma səbəbləri məlum olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Toprak və Maya adlı əkiz qızları olan cütlük seriallara hər zaman növbəylə çəkilirdilər. Biri hansısa layihədə yer alırdısa, digəri uşaqlarla maraqlanırdı. Büyüküstün "20 dakika" və "Kara para aşk" seriallarında yer alanda əri işsiz qalmışdı. Eləcə də, Onur "Hatırla gönül"ə çəkiləndə Tuba ekranlardan uzaqlaşmışdı.
Bu il isə hər iki ulduz rədd edə bilməyəcəkləri təkliflər alınca aralarında problem yaranıb. Tuba Kıvanç Tatlıtuğla çəkiləcəyi "Cesur ve Güzel"də (hər seriyaya 120 min lirə), Onur isə Bergüzar Korel və Halit Ergençin baş rolda çəkildiyi "Vatanım sensin" serialında iştirak edəcək. O, hər seriyaya 30 min lirə qazanacaq.
İddiaya görə, razılaşa bilməyən tərəflər boşanmağa qərar veriblər.