AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb

AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb
11:12 6 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klubun hamısı təmsil olunur. 
Bunlar "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl, "Zirə"nin icraçı direktoru Natiq İsmayılov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "İnter"in prezidenti Rəşad Qasımov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Quluyev, "Neftçi"nin idman direktoru Orxan Hüseynzadə, "Sumqayıt"ın prezidenti Kamran Quliyev və eyni zamanda KK sədri olan AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovdur. 
Toplantının gündəliyində 6 məsələ yer alıb.
Bunlar aşağıdakılardır:
1. AFFA-nın Lisenziyalaşdırma Qrupununun rəhbəri Elçin Məmmədovla görüş
2. Topaz Premyer Liqasında legioner limiti
3. U-19 liqasının formatının müzakirəsi ("Qəbələ" klubunun təklifi)
4. Aşağı yaş qruplarından ibarət komandaların yarışlarında hakimliyin səviyyəsi
5. Növbəti mövsüm üçün Premyer Liqanı tərk edəcək və I Diviziondan Premyer Liqaya yüksələcək komandaların sayının müzakirəsi
6. Digər məsələlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/affa-klublar-komitesinin-novbeti-iclasi-ise-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR