Suriya-Türkiyə sərhədində baş verən partlayış nəticəsində 20-dən çox adam həlak olub

Suriya-Türkiyə sərhədində baş verən partlayış nəticəsində 20-dən çox adam həlak olub
11:32 6 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb.
Hadisənin təfərrüatları araşdırılır.
Hələlik bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/suriya-turkiye-serhedinde-bas-veren-partlayis-neticesinde-20-den-cox-adam-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR