Nurgül Yeşilçay keçmiş əri ilə eyni tədbirdə - fotolar

Nurgül Yeşilçay keçmiş əri ilə eyni tədbirdə - fotolar
11:36 6 Oktyabr 2016
100 Şou
Ölkə mətbuatı
A- A+

FOX TV-də yayımlanacaq "Möhtəşəm yüz il: Kösəm" serialında baş rolu canlandıracaq Nurgül Yeşilçay telekanalın yeni mövsüm partisində iştirak edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, tədbirə serialdakı tərəf müqabili Farah Zeynep Abdullahla qatılıb.

Gecədə N.Yeşilçayın keçmiş əri, oğlu Osman Nejatın atası Cem Özer də olub. Sevgilisi Pınar Dura ilə görünən Cem kameralar qarşısına da keçib. Nurgül keçmiş həyat yoldaşı ilə yanaşı gəlməmək üçün ondan uzaq gəzib.

Aktrisa jurnalistlərin "Saçınız tökülür" sualına əsəbiləşərək sərt reaksiya verib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR