Kolleclərdə tələbə köçürmələri və ixtisas dəyişmələri elektronlaşacaq

Kolleclərdə tələbə köçürmələri və ixtisas dəyişmələri elektronlaşacaq
11:39 6 Oktyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bu ilin dekabr ayından başlayaraq orta ixtisas təhsili müəssisələrində də tələbələrin köçürülməsi, ixtisas dəyişməsi elektron qaydada həyata keçiriləcək”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

O bildirib ki, bu, transfer.edu.az portalı ilə bağlı ediləcək yenilikdir. C. Valehov qeyd edib ki, cari ildə ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, yaxud bir ixtisasdan digərinə dəyişdirilmək üçün ümumilikdə 241 nəfər elektron qaydada müraciət edib: “Müraciət edənlərdən 83 nəfərə müsbət cavab verilib. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılması olub”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR