"Falçı dedi ki, övladın olacaq" - Təranə

"Falçı dedi ki, övladın olacaq" -  Təranə
11:41 6 Oktyabr 2016
178 Şou
Ölkə mətbuatı
A- A+

“Dəfələrlə falçı yanında olmuşam. Bircə dəfə mənə doğru nəsə deyən olub”.

Bu sözləri Axşam.az-a açıqlamasında prodüser Təranə Səmədova deyib.

O, getdiyi falçının ona dediklərini açıqlayıb:

“Mənə dedi ki, övladım olacaq. Fikir vermədim ki, mən nə vaxt ailə qurdum, uşağım da olsun. Amma bir il içində reallaşdı. Onun yanına ikinci dəfə də getdim, yanımda biri var idi. O insana dedi ki, səni həbsdə görürəm. Hazırda həmin adam həbsxanadadır”.

T.Səmədova müğənni-prodüser işlərindən şikayətlənib:

“Bizim müğənnilər elə bilirlər ki, prodüser telefona cavab verib, disk daşımalıdır. Xeyir, müğənnini ulduz edən prodüserdir. Azərbaycanda prodüserə yanaşma bəsitləşib. Müğənninin yanında gəzən hər adam özünə “prodüser” deyir. Ona da, mənə də prodüser deyilməsinə utanıram. Müğənni disk satışından gəlir əldə etmirsə, prodüserlə bir-iki ay işləyib ayrılırsa, demək, bünövrəni pis qurmuşuq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR