"Azərenerji" sentyabrda elektrik enerjisi istehsalını 5% artırıb

"Azərenerji" sentyabrda elektrik enerjisi istehsalını 5% artırıb
11:52 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycanda 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report" “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə təxminən 5% çoxdur. Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib.
Bu ilin ilk 9 ayı ərzində isə ölkədə 16,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3% azdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR