Çadır şəhərçiyində partlayış: 20 ölü, 20-dən çox yaralı – SON DƏQİQƏ

Çadır şəhərçiyində partlayış: 20 ölü, 20-dən çox yaralı – SON DƏQİQƏ
11:53 6 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Suriya-Türkiyə sərhədində yerləşən Atme çadır şəhərçiyində partlayış törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayışda 20 nəfər ölüb, 20-dən çoxu yaralanıb.

“Reuters” xəbər agentliyi isə, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun 16 üzvünün həyatını itirdiyini bildirib.

Partlayışın kamikadze tərəfindən törədilib-törədilmədiyi barədə hələ dəqiq məlumat yoxdur. Əsas hədəfin Azad Suriya Ordusu olduğu deyilir.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR