Yalançı polis dəstəsi zərərsizləşdirildi - AZƏRBAYCANDA

Yalançı polis dəstəsi zərərsizləşdirildi - AZƏRBAYCANDA
11:54 6 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

 

Şəkidə özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıblar. 

 

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib.

 

Avtomobil sahibinə qaytarılıb.

 

Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. 

 

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR