Azərbaycanlılar "Dostluq Kuboku" beynəlxalq turnirini dəstəkləyib

Azərbaycanlılar "Dostluq Kuboku" beynəlxalq turnirini dəstəkləyib
12:02 6 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Kiyev. 6 oktyabr. REPORT.AZ/ Sentyabrın 30-dan oktyabrın 4-dək Kiyevdə 16 ölkədən 16 komandanın iştirakı ilə ikinci "Dostluq Kuboku" beynəlxalq futbol turniri keçirilib.
"Report"un Kiyev bürosunun verdiyi məlumata görə, turnirin tərəfdaşları qismində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) çıxış edib.
Turnirdə Ukrayna, Azərbaycan, Gürcüstan, Nigeriya, Hindistan, Türkmənistan, Misir, Əlcəzair, Mərakeş, Tacikistan, Türkiyə, Kamerun, İraq, Konqo DR, Özbəkistan və İrandan komandalar iştirak edib.
Turnirin məqsədi əcnəbi tələbələr arasında sağlam həyat tərzinin təbliği, müxtəlif ölkələrdən olan həmyaşıdlarla dostluq münasibətlərinin möhkəmləndirilməsi, oyunçuların ustalıq səviyyəsinin yüksəldilməsidir.
Turnirdə Azərbaycan komandasını dəstəkləmək üçün Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İsgəndər Zamanov oyunların keçirildiyi stadiona gəlib.
"Dostluq Kuboku"nun finalında Ukrayna təhsil nazirinin müavini, Ukrayna gənclər və idman nazirinin müavini, Kiyev şəhər icra başçısının köməkçisi də iştirak edib.
Turnirdə birinci yeri finalda Mərakeş komandasına 2:1 hesabı ilə qalib gələn Ukrayna tutub. Azərbaycan komandası isə yarışı 4-cü sırada bitirib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycanlilar-dostluq-kuboku-beynelxalq-turnirini-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR