Aparıcı Zaur Kamal “5/5” verilişində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun musiqi alətinin qiymətini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, aparıcı ona 50 min manat ödənildiyini bildirib.
H.Məhəmmədoğlu dünyada bir dənə olan klarnetin üzərinin brilyant qaşlarla bəzədildiyini və qızıldan olduğunu deyib:
"Pulu xaricdə yaşayan bir fanatım ödəyib. Adı Nurlandır, sənətimin vurğunudur".