Gömrükdə 2 milyon rus rublu tutuldu

Gömrükdə 2 milyon rus rublu tutuldu
12:08 6 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya gedən Azərbaycan vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR