“Əl-İttihad” Azərbaycanın turizm potensialından yazdı

“Əl-İttihad” Azərbaycanın turizm potensialından yazdı
12:09 6 Oktyabr 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

BƏƏ-nin “Əl-İttihad” hökumət qəzetində “Azərbaycan BƏƏ-liləri cəlb edir… 6 ay ərzində 530 turistdən 10 min turistədək sıçrayış” sərlövhəli məqalə dərc olunub. Lent.az-ın məlumatına görə, məqalədə 2015-ci illə müqayisədə 2016-cı ilin ilk altı ayında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının 530-dan 10086-ya qədər yüksəldiyi xüsusilə qeyd edilib. Səfirliyin BƏƏ-li turistləri ölkəyə cəlb etmək istiqamətində səylər göstərdiyi və bu xüsusda, Azərbaycanda əmin-amanlığın, sabitliyin, eləcə də füsunkar təbiətin mövcud olduğu, iki ölkə arasında uçuş məsafəsinin cəmi 2 saat 30 dəqiqə təşkil etdiyi və sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində BƏƏ vətəndaşlarının 20 ABŞ dolları müqabilində hava limanında giriş vizasını almaq hüququna malik olduğu oxucuların diqqətinə çatdırılıb.

 

Eyni zamanda paytaxt Bakının yaşıl şəhər və küçələrinin səliqəli olduğu, orada dünya şöhrətli mehmanxanaların fəaliyyət göstərdiyi, Azərbaycan mətbəxinin ərəb mətbəxinə yaxın olduğu səfirlik tərəfindən vurğulanıb. Məqalədə, həmçinin Qəbələ, Quba kimi ecazkar təbiətə, uzanan yaşıl meşələrə, təbii göllərə və şəlalələrə malik rayonlarımızın adı çəkilir, qış turizminin da inkişaf etdiyi qeyd edilir. Sonra məqalədə ikitərəfli əlaqələrə diqqət yetirilir. Belə ki, orada həm Azərbaycan, həm də BƏƏ tərəfinin yüksək səviyyədə səfər mübadilələri vasitəsilə bu əlaqələri daha da gücləndirməyə çalışdıqları, cari ilin noyabr ayında Əbu-Dabi şəhərində Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclasının keçirilməsinin gözlənildiyi yazılır. Bundan əlavə, məqalədə bir çox azərbaycanlı iş adamının Ərəb Əmirliklərində investisiya və kommersiya fəaliyyətləri ilə məşğul olduqları, BƏƏ-nin Azərbaycana sərmayə yatırdığı, Ələtdə Azad Ticarət Zonasının inkişafı məqsədilə AR İqtisadiyyat Nazirliyi və Dubay “DP World” şirkəti arasında əməkdaşlıq haqqında sazişin imzalandığı oxucuların nəzərinə çatdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR