Bakıda gözəllik salonundan oğurluğa cəhd edilib

Bakıda gözəllik salonundan oğurluğa cəhd edilib
12:12 6 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda gözəllik salonundan oğurluğa cəhd edilib.
"Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər sakini Elşən İsmayılova məxsus gözəllik salonundan Yasamal Rayon Mühafizə İdarəsinə (RMİ) həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Yevlax rayon sakinləri Şahmurad Xudaverdiyev və Ruslan Əmiraslanov saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-gozellik-salonundan-ogurluga-cehd-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR