Suriya-Türkiyə sərhədində partlayış: 20 nəfər öldü

Suriya-Türkiyə sərhədində partlayış: 20 nəfər öldü
12:12 6 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.

Milli.Az bildirir ki, bu barədə report "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb.
Hadisənin təfərrüatları araşdırılır.
Hələlik bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR