Sarkisyan yeni nazirləri topladı: "Cəmiyyət anlamır"

Sarkisyan yeni nazirləri topladı: "Cəmiyyət anlamır"
12:12 6 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

"İnanıram ki, yeni hökumət əvvəl heç kimin etmədiklərini edəcək".

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətin ilk iclasında çıxışı zamanı deyib.

"Parlament idarəetmə formasına keçid nəinki dövlət idarəetmə sistemini dəyişmir, həm də ilk növbədə kollektiv düşünmə və məsələyə münasibəti dəyişir. Ola bilsin ki, cəmiyyət sona kimi bu dəyişikliklərin hansı ölçüdə olacağını tam anlamır. Sizə keçid dövrünün pionerləri olmaq nəsib olub. Mən sizin gücünüzə inanıram, inanıram ki, bu hökumət əvvəlkilərin edə bilməyəcəyini edəcək. Bu işdə digər dövlət orqanları hökumətlə birgə addımlayacaq", - deyə Sarkisyan vurğulayıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR