Yardımlı sakininin evindən külli miqdarda pul və qızıl əşyalar oğurlanıb

Yardımlı sakininin evindən külli miqdarda pul və qızıl əşyalar oğurlanıb
12:17 6 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Yardımlı rayonunda oğurluq hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 25-də naməlum şəxs və ya şəxslər tərəfindən rayon sakini Nizami Əlişovun evindən 5 700 manat pul və qızıl əşyaları oğurlanıb.
Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Mirqasım Qədirov tutularaq istintaqa cəlb edilib. 
Faktla bağlı Yardımlı RPŞ-də araşdırmalara başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR