Kollec tələbələrinin köçürülməsi elektron qaydada həyata keçiriləcək

Kollec tələbələrinin köçürülməsi elektron qaydada həyata keçiriləcək
12:27 6 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu il qış semestrindən başlayaraq, orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün də köçürülmə, yaxud bir ixtisasdan digərinə dəyişdirilmə elektron qaydada həyata keçiriləcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ildə transfer.edu.az portalına müraciət edən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılması olub. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub. Onlardan 83 nəfərə müsbət cavab verilib.

E.Bağırov deyib ki, qış semestrindən artıq kolleclər də transfer.edu.az şəbəkəsinə qoşulacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR