Ermənstanın keçmiş müdafiə naziri ölkə prezidentinin təkliflərini rədd edib

Ermənstanın keçmiş müdafiə naziri ölkə prezidentinin təkliflərini rədd edib
12:32 6 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Ermənistan prezidenti Serj Sarqsyan hökuməti buraxdıqdan sonra keçmiş müdafiə naziri Seyran Ohanyana bir neçə vəzifə təklif edib".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hökumətin istefasından sonra Sarqsyan onu iki dəfə danışığa çarğırıb.
Məlumata görə, Sarqsyan Ohanyaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Təhlükəsizlik Şurasının katibi kimi vəzifələri təklif edib. Ancaq keçmiş müdafiə naziri bu təkliflərin hamısından imtina edib.
Xəbərdə Seyran Ohanyanın onu müdafiə naziri postundan başqa heç bir vəzifənin maraqlandırmadığını söylədiyi qeyd edilib.
Yaxın vaxtlarda Ohanyanın da müxalifət cərgəsində olacağı gözlənilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR