Azərbaycandan 2 mln. rus rublu çıxartmaq istədilər

Azərbaycandan 2 mln. rus rublu çıxartmaq istədilər
12:32 6 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya gedən Azərbaycan vətəndaşının  əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əskinaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR