Azərbaycan Beynəlxalq Bankı xərclərini azaldır

Azərbaycan Beynəlxalq Bankı xərclərini azaldır
12:57 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni elektron şöbəsi Bankın filialların saxlanmasına çəkdiyi xərcləri azaldacaq. "Report" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev deyib.

"Hazırda bu şöbə ilə filiallarda göstərilən xidmətlərin 90%-ni əhatə etmək mümkündür. Düşünürəm ki, elektron şöbələrin sayını artırmaqla biz filialların saxlanılması kimi inzibati xərclərə qənaət etmiş olacağıq", - deyə o, qeyd edib.

Bank rəsmisinin sözlərinə görə, gələcəkdə ABB-nin bəzi filial və şöbələrinin elektron şöbələrlə əvəz edilməsi nəzərdə tutulur: "Elə filial və şöbələr var ki, onların saxlanma xərcləri çoxdur. Buna görə də planımızda var ki, belə filial və şöbələri elektron şöbələrlə əvəz edək. Təbii ki, bu, bütün filial və şöbələrə aid deyil".

E.Həbibullayev təmsil etdiyi maliyyə qurumunun müştərilərinin sayını da açıqlayıb və bu rəqəmin 2 mln.-a çatdığını bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-xerclerini-azaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR