Yeni il bayramı üçün qeyri-iş günləri məlum oldu

Yeni il bayramı üçün qeyri-iş günləri məlum oldu
13:01 6 Oktyabr 2016
499 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq.

Axşam.az "Report"a istinadən xəbər verir ki, 2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür.

2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir.

Beləliklə, Yeni il bayramında 5 gün iş olmayacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR