Bakıda küçə iti ilə qəddar rəftar edən oğlana etiraz: "Başına oyun açacam" - VİDEO

Bakıda küçə iti ilə qəddar rəftar edən oğlana etiraz: "Başına oyun açacam" - VİDEO
13:05 6 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iti parkdan kobudluqla çıxarmağa çalışan şəxs ətrafdakı insanların reaksiyasına səbəb olub. 

Milli.Az bildirir ki, baku.ws-in redaksiyasına göndərilən videoda küçə heyvanına qarşı xoşagəlməz rəftar olduğu görünür. Paytaxt sakinlərindən biri iti azdırmaq istəyən gənc oğlanla mübahisə edib. 
 
Polisə müraciət edəcəyini deyən xanım nə qədər cəhd etsə də iti həmin şəxsin əlindən ala bilməyib. Əvəzində isə gənc ona cavab verib ki, yaxşı edir: "Hara istəyirsən, şikayət et. İstəyirsən, MTN-ə zəng elə".
 
Video internetdə yayıldıqdan sonra heyvansevərlərin kəskin reaksiyasına səbəb olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR