"Qol vuranda sən dahisən, pis oynayanda - heç nə"

"Qol vuranda sən dahisən, pis oynayanda - heç nə"
13:12 6 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Tələbkar argentinalı azarkeşlərin növbəti tənqid hədəfinə Qonzalo Hiquain tuş gəlib. O, millinin oyunlarında tam gücünü ortaya qoymamaqda ittiham olunur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Yuventus"un forvardı ona qarşı yönələn bu tipli irada belə münasibət bildirib:

"İnsanlar azaddırlar. Tənqid və təhqir etməkdən xoşbəxtdirlərsə, etsinlər. Bəzilərinə görə, qol vuranda sən dahisən, pis oynayanda - heç nə. Özüməinamı itirmədən yoluma davam edəcəm. Dibala ilə bir-birimizi yaxşı başa düşürük. Millidə "Yuventus"da etdiklərimizi edirik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR