Azərbaycan Beynəlxalq Bankı ipoteka faizlərini artırmayacaq

Azərbaycan Beynəlxalq Bankı ipoteka faizlərini artırmayacaq
13:12 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini hələ artırmaq niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev məlumat verib.
Onun sözlərinə görə, kreditlərin bahalaşdırılması bu sahədə problem yarada bilər: "Odur ki, hələlik faizin artırılması barədə düşünmürük. Bu göstəricinin 10% civarında qalması məqbul hesab edilir".
Xatırladaq ki, ABB sonuncu dəfə bu ilin avqust ayından ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 2 faiz bəndi artırıb. 


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-ipoteka-faizlerini-artirmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR