"Yenidən 15 kiloqram kökəlmişəm" - Mətanət+fotolar

"Yenidən 15 kiloqram kökəlmişəm" -  Mətanət+fotolar
13:16 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Müğənnilərin illər əvvəl oxuduqları mahnıları gənclərin səsləndirməsinə qadağa qoyması yanlışdır. Bunu müğənnilərin cılızlığı hesab edirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

Müğənni bildirib ki, mahnılarını başqalarının oxumasına pis baxmır:

“Əgər bir mahnını yeni oxumuşamsa, onu başqasının səsləndirməsini istəmərəm. Pul töküb, əziyyət çəkib oxudum, niyə tez başqası səsləndirməlidir ki? Amma illər əvvəl səslənən bir bəstəyə yenidən həyat vermək, gələcək nəslin yaşatması sevindiricdir. İndi gənclər mənim mahnılarımı çox oxuyur. İcazəsi alanda sevinirəm. Amma biri var, icazəsiz oxuyub, yanımdan keçəndə belə demir ki, sənin mahnındır".

M.İsgəndərli 30 kiloqram arıqladığını bildirib:

"Yenidən 15 kiloqram kökəldim. Yenidən pəhrizə başlamışam. On ildir bir dietoloqla işləyirəm. Artıq bilirəm ki, mənə nə olar, nə yox. Mən stressdən kökəlirəm. Pis olub, əsəbiləşəndə başlayıram yenidən yeməyə".   


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR