"Məğlubiyyətlər hər bir komandanın başına gələcək bir işdir" Əmrah Çəlikəl

"Məğlubiyyətlər hər bir komandanın başına gələcək bir işdir"  Əmrah Çəlikəl
13:17 6 Oktyabr 2016
19 İdman
Ölkə mətbuatı
A- A+


Bu gün Klublar Komitəsinin iclasına qatılan “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl tədbirə gələn jurnalistlərin suallarını cavablandırıb.


- “Qarabağ”ın hazırkı durumu necədir? Son məğlubiyyətlər komandaya necə təsir edib? 


- Məğlubiyyətlər hər bir komandanın başına gələcək bir işdir. Bunu “qara zolaq” kimi düşünmək olmaz. Son 3 matça səfərdə olub. Əvvəl Gəncə, sonra İtaliya, ardınca Qəbələdəki oyun. Statistikaya baxanda komandanın heç də pis oynamadığını görürük.  “Qarabağ”a dəstək olmaq lazımdır.


- Rəşad Sadıqovun U-19 komandasına baş məşqçi təyin olunmağı onun “Qarabağ”dakı çıxışına mənfi təsir göstərmir ki?


- Belə deməzdim. Rəşadın həyatı futbolla bağlıdır. U-19-da köməkçiləri də var, onlar da nəzarət edir. Bunun Rəşadın məşqçilik karyerası üçün önəmli bir addım olduğunu hesab edirəm. Biz cavan futbolçularımızın önünə bir nümunə qoymuşuq. Sadıqovun orada məşqçi olması gənclərimiz üçün motivasiyadır. Həmçinin Rəşadın çıxışında düşüş olduğunu da düşünmürəm.


- “Qarabağ”ın hazırda əsas problemi müdafiənin mərkəzi ilə bağlıdır. Elvin Yunuszadə də ümidləri doğrultmadı. Belə bir durumda 3 qapıçı ola-ola əlavə bir nəfər də transfer etmək nə dərəcədə doğrudur?


- Emin Balayev yaydan bizimlə məşq edir. Onu yeni transfer  kimi qiymətləndirməməliyik. Sadəcə olaraq, onunla indi müqavilə bağladıq. Ona görə belə düşünürsünüz. Mərkəz müdafiəçiyə gəlincə, baş məşqçimiz var, onun səlahiyyətində olan məsələdi.


- Nəyə görə Emin Balayevlə avqustun 31-dək müqavilə bağlamadınız?


- Çünki Almaniyada bir klubla danışıq aparırdı və müqavilə bağlamaq ehtimalı vardı. 


- Balayev əvəzedici komandada çıxış edəcək?


- Bəli.


- Onun gəlişindən sonra komandadan göndərilən qapıçı olacaq.


- Hər şey ola bilər. Emin perspektivli qapıçıdır. Gələcəkdə kimin  gedəcəyinə, kimin gələcəyinə baş məşqçi qərar verir.


- Avropa Liqasında qarşıda PAOK-la oyun var...


- Layiqli nəticə almağa çalışacağıq.


- Oyunun keçiriləcəyi Tofiq Bəhramov stadionunun durumu necədir?


- Yaxşı vəziyyətdədir. Oyuna qədər lap yaxşı olacaq.


- Oktyabrın 20-də “Sumqayıt”la oyun orada keçiriləcək?


- Bununla bağlı qərar verməmişik.


- Komanda fasilədə yoxlama oyunu keçirəcək?


- Hələki belə bir şey yoxdur


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmlubiyytlr-hr-bir-komandann-bana-glck-bir-idirquot-t53117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR