Ev şəraitində tərəvəz və meyvə yetişdirmə üsulu - FOTO

Ev şəraitində tərəvəz və meyvə yetişdirmə üsulu - FOTO
13:17 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Click & Grow NASA-nın istifadə etdiyi üsuldan ilhamlanaraq, evdə bitki yetişdirməyi təmin edəcək bir sistem inkişaf etdirdi. The Wall Farms olaraq adlandırılan sistem bütün bağlı otaqlarda tərəvəz və meyvə yetişdirməyə imkan verəcək.

Ev və ya iş yeri kimi bağlı sahələrdə istifadə edilə bilən bu sistem, iki kabinetdən ibarətdir. Bitkilərin əkilməsindən sonra kabinet avtomatik olaraq becərilmə əməliyyatına başlayır. Oksigen, su və digər materialların nə qədər istifadə edilməsi lazım olduğunu kabinet özü nizamlayır. Wall Farms adlı sistemi əldə edənlərə tək qalan iş bitkilərin yetişməsini izləmək olur.

Click & Grow'un etdiyi şərhə görə bu sistemlə becərilən bitkilər daha çox vitamin saxlayır. Bundan başqa isə adi yetişdirmə üsullarından yüzdə 30 faiz daha sürətli böyüyür. Firmanın bu iddiasının doğruluğu haqqında hələ heç bir məlumat yoxdur, ancaq iki kabinetli sistemi 799 dollar qiymətində əldə etmək mümkündür. Daha kiçik bir versiyasına isə 199 dollara sahib ola bilərsiniz.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü, saat 18:00-da, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/user/TexnoPark




Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/476660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR