Elton: "O qədər böyük savadımız da yoxdur ki..."

Elton: "O qədər böyük savadımız da yoxdur ki..."
13:17 6 Oktyabr 2016
89 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, ötən gün "5-də 5"in qonaqlarından biri də tanınmış müğənni Elton Hüseynəliyev olub. Efirlərdə çox görünməyən müğənni Zaur Kamalla söhbəti zamanı hər verilişə çıxmadığını bildirib.

"Hər efirə çıxmıram deyəndə onu nəzərdə tuturuq ki, yəni oxumaq varsa, məmnuniyyətlə iştirak edirik. Yox, əgər bizi hər hansı mövzu ilə bağlı fikir bildirməyə çağırırlarsa, o zaman efirə çıxmırıq. Biz müəllim, alim deyilik və yaxud o qədər böyük savadımız da yoxdur ki, çıxaq efirə, hər hansı mövzu ilə bağlı fikrimizi bildirək. Biz müğənniyik, ancaq oxuya bilərik. Bizi də çox danışdıranda aləm dəyir bir-birinə. Gərək az danışaq, çox oxuyaq".

Verilişin ən maraqlı anlarından biri isə Eltonun 8 yaşlı qızı Nurayla türk mahnısını duet ifa etməsi olub. Mahnı tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Zaurun Nuraya "Atan dedi, oxu, yoxsa özün istədin? Böyüyəndə müğənni olacaqsan, yoxsa atan icazə verməyəcək?" suallarına 8 yaşlı qızcığaz belə cavab verib:

"Özüm oxumaq istədim. Böyüyəndə müğənni olmağı arzulayıram". Bu zaman Elton qızının sözlərinə müdaxilə edərək: "Yox, ata icazə vermir", - deyə bildirib.

Primetime.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR