"Hələ də bu suala cavab tapa bilmirəm" - Yanan binanın məhkəməsindən

"Hələ də bu suala cavab tapa bilmirəm" - Yanan binanın məhkəməsindən
13:34 6 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam edib.




Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Uğur Bəşirov və Ələkbər Əsgərova sərbəst ifadə vermək təklif olunsa da onlar tam hazır olmadıqları üçün vaxt istəyiblər. 

 

Təqsirləndirilən Ədalət Rəcəbov ifadə verib. O, ifadəsində 2013-cü ilin may ayında Binəqədi rayon Mənzil Komunal Təsərrüfat şöbəsinin rəhbəri təyin edildiyini deyib: "Heç bir təqsirim yoxdur. Binada üzləmə işləri 2013-cü ilin aprel ayında başlayıb. Bununla bağlı Binəqədi rayon icra hakimi tərəfindən əmr var. Üzləmə başlayandan ay yarım sonra mən işə təyin edilmişəm. İttihamda verilib ki,  mən həmin materialların yanğına dözümlülüyünü yoxlamamışam. Ümumiyyətlə, mən işə gələndə bu proses başlamışdısa bunu necə yoxlaya bilərdim. Sonradan rayonun təsərrüfat şöbəsinin rəisi təyin edilmişəm. Bizim şöbə Binəqədi rayon İcra Hakimiyyətinə yox, Bakı Şəhər İcra Hakimiyyətinə tabe olub. Mənim şöbəm müstəqil idi".

 

 

Təqsirləndirilən şəxs bildirib ki, yanan bina ilə bağlı heç bir prosesdə iştirak etməyib: "Bizim işimiz rayonda təmizlik işləri olub. Bakı Şəhər İcra Hakimiyyətindən maliyyə ayrılırdı. Biz süpürgəçilərin, zibil daşıyan maşınların yanacağını təmin edirdik. Yanan binaya da yalnız təmizlik işləri ilə bağlı getmişəm. Mən binanın üzləməsi ilə bağlı heç bir işdə iştirak etməmişəm, nədə hər hansı bir sənədə qol çəkməmişəm. Buna mənim ixtiyarım olmayıb" 

 

 

Sabiq şöbə rəisi ifadəsində qeyd edib ki, binanın üzlənməsi, təmiri ilə bağlı podratçı təşkilata sifariş Binəqədi rayon İcra Hakimiyyəti verib: "İki təşkilat bunu həyata keçirib. Mənim nə sifarişçi və nə də podratçının işinə adiyyatım olmayıb. Binanın təhvil-təslimində iştirak etməmişəm. Çünki bu işlə bağlı mənə heç zaman nəsə həvalə edilməyib. Yenə də vurğulayıram ki,  heç bir sənədə qol çəkməmişəm. Heç bir işdə iştirak etməmişəm. Əgər elə bir sənəd varsa, çıxarın ortaya qoyun".

 

 

 

Ədalət Rəcəbov ona qarşı verilən ittihamların tam əsassız olduğunu deyib: "İttiham veriblər ki, yanğın qaydalarını pozmuşam, axı mən o işdə əlaqəm yoxdur. Sonra mənə vəzifə səlahiyyətlərimi aşdığım deyilir, mən hansı qulluq mövqeyimi pozmuşam? Hələ də bu suallara cavab tapa bilmirəm?".

 

 

Ə.Rəcəbov yanğın günü İcra Hakimiyyətin işçiləri ilə birlikdə binanın yanında olublar: "Həmin zaman maşınları hadisə yerindən çıxarırdıq,  yanğınsöndürənlərin yolunu açırdıq. Mən ora çatanda bina zatən yanmışdı". 


Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40

Bank işçilərinə əsəbləşdi -

20 Sentyabr 2017 22:36

Gəncədə maşın piyadanı vurdu

20 Sentyabr 2017 22:34

9 aylıq hamilə olmasına heç kim inanmır - FOTOLAR

20 Sentyabr 2017 22:28

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

20 Sentyabr 2017 22:27

Makron -

20 Sentyabr 2017 22:25

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

20 Sentyabr 2017 22:19

FED uçot dərəcəsini dəyişmədi

20 Sentyabr 2017 22:13

Bu türk Meksikada zəlzələ baş verəcəyini əvvəlcədən demişdi -

20 Sentyabr 2017 22:10

Prezident İlham Əliyev Trampla görüşdü

20 Sentyabr 2017 22:09