"Fənərbağça"nın keçmiş futbolçusu bıçaqlandı

"Fənərbağça"nın keçmiş futbolçusu bıçaqlandı
14:12 6 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin və "Fənərbağça"nın keçmiş futbolçusu Önder Turacı bıçaqlanıb.

Milli.Az "Takvim"ə istinadla bildirir ki, futbolçunu keçmiş qaynı bıçaqlayıb. İki yerindən bıçaqlanan futbolçu xəstəxanaya aparılıb. Onun vəziyyəti ağırdır.

Təfərruat: Futbolçu keçmiş həyat yoldaşını restorana dəvət edib. Çıxışda onlar arasında mübahisə yaranıb. Qadın qardaşını çağırıb. Qadının qardaşı cibindəki bıçaqla futbolçunu iki yerindən bıçaqlayıb.

Bəxtiyar Umarlı
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR