“Gənclik Mall”da ən böyük “CinemaPlus” kinoteatrının açılışı olub

“Gənclik Mall”da ən böyük “CinemaPlus” kinoteatrının açılışı olub
14:17 6 Oktyabr 2016
160 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, Dolby Atmos texnologiyası ilə təchiz olunan ölkənin ən böyük “CinemaPlus” kinoteatrının açılışı olub.
“Report”un məlumatına görə, gecəyə azərbaycanlı ulduzlar, sahibkarlar, iri şirkət rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloggerlər, yaradıcı gənclərin nümayəndələri, bomond və KİV nümayəndələri qatılıblar.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd edib ki, Azərbaycanda ilk dəfə “CinemaPlus” kinoteatrında Dolby Atmos texnologiyası təqdim olunub: “Dolby Digital Atmos sayəsində səs tamaşaçıya bütün istiqamətlərdən, o cümlədən zalın yuxarı hissəsindən də çatır. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə “Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrlarının Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir. Qeyd olunan kinoteatrın layihə rəhbəri isə Fəxrim Quluzadədir”.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktor müavini Cəfər Axundzadə və repertuar planlaşdırılması üzrə direktoru Faiq Kazımov bildiriblər ki, Dolby Atmos kinoteatrlar üçün həcmli səs sahəsində bir inqilabdır.
Foyedə “Dərinsulu horizont” filmi ruhunda bəzədilən, su və alovu imitasiya edən neft buruğu, çəllək və uzun xalça quraşdırılmışdı. Bu, 2010-cu ildə Meksika körfəzində “Dipuoter-Horayzon” neft platformasında baş verən real hadisələr əsasında çəkilən, rejissor Piter Berqin ABŞ istehsalı fəlakət filmi idi. Premyera tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbirin sponsorları Cinema Distribution, AMAPOLA EXCLUSIVE EVENTS və TNT olub.
Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə - “CinemaPlus 28 Mall”, “CinemaPlus Amburan Mall” və Gəncə şəhərində yerləşən “CinemaPlus Khamsa” daxildir. 

































Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/genclik-mall-da-en-boyuk-cinemaplus-kinoteatrinin-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR