Beren Saatdan yeni serial sürprizi

Beren Saatdan yeni serial sürprizi
14:21 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Kenan Doğulu və Beren Saat qatıldıqları bir doğum günü partisində görünüblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən mövsüm Star TV-də "Möhtəşəm yüz il: Kösəm"də baş rolda çəkilən aktrisa reytinqlərdəki uğursuzluq nəticəsində layihədən ayrılmışdı.

Bundan sonra ekranlardan bir müddətlik uzaqlaşacağını deyən Berenin gələn heç bir təklifi qəbul etmədiyi barədə dedi-qodular yayılmışdı.

Lakin B.Saat jurnalistlərə açıqlamasında 5 təklif arasından birini seçdiyini deyib:

"Sevdiyim layihəni seçdim. Rədd edilənlər barədə danışmağa ehtiyac yoxdur".

Beləliklə, aktrisa mövsümün ortasında yeni başalayacaq serialın baş rolunda görünəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR