Zəhərli maddələri məhv edən parça hazırlanıb

Zəhərli maddələri məhv edən parça hazırlanıb
14:35 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Şimali Karolina Universitetinin tədqiqatçılarının hazırladığı parça zərərli kimyəvi birləşmələri aktiv şəkildə dağıdaraq hərbi geyimlərin mühafizəsini xeyli yaxşılaşdırmağa imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, geyimi mühafizə vasitələri ilə təchiz etmək üçün istifadə edilən müasir texnologiyalar təhlükəli birləşmələri udan, lakin tamamilə məhv edə bilməyən karbon materiallardan istifadəyə əsaslanır. Şimali Karolina Universitetinin tədqiqatçılarının əsas məqsədi təhlükəli birləşmələri tam və ya qismən məhv edə bilən yeni materialın kəşfindən ibarət olub.
 
Tədqiqatçıların işində əsas irəliləyiş qazı mikroskopik süngər kimi canına çəkən geniş səthə malik məsaməli üzvi metal strukturlardan istifadə hesab edilir. Qeyd etmək lazımdır ki, belə strukturlardan artıq sinir-iflic qazlarının aşkarlanması üçün istifadə edilib, lakin onların geyimlərin yaradılmasında  indiyədək tətbiqi böyük problem olaraq qalıb.   

Universitet alimləri problemin həlli üsulunu kəşf edərək sonradan titan oksid plyonkası ilə örtülən nanoölçülü liflərdən parça yaradıblar. Bu kəşf öz növbəsində materialı nanoliflər yaradan sirkonium əsaslı üzvi metal strukturlarla təchiz etməyə imkan verib.
 
Yeni material keçirilən sınaqlarda təhlükəli kimyəvi birləşmələrlə mübarizədə inanılmaz effektivlik nümayiş etdirib. Zomanın innovativ materialla təması zamanı yarımdağılma dövrü (hərbi zəhərli maddə) 2,3 dəqiqə təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu maddənin adi şəraitdə yarımdağılma dövrü 45 saata bərabərdir.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43666-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR