Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn olundu - FOTO

Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn olundu - FOTO
15:37 6 Oktyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Bərdə rayonunda dəfn olunub.

Milli.Az report-a istinadən bildirir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Sahil Sahib oğlu Məmmədov rayonun Soğanverdilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 10 ay bundan qabaq könüllü olaraq hərbi xidmətə yollanan şəhid S.Məmmədov cəbhənin Füzuli istiqamətində erməni silahlı birləşmələrinin törətdiyi təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR